Mahir Emrelinin komandası Avropa Liqası ilə vidalaşdı

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Sparta"nın qonağı olub. Qarşılaşma Praqa təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İki görüşün nəticəsinə əsasən 5:4 hesablı üstünlük əldə edən "Sparta" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Dinamo" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Mahir Emreli də bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı hücumçu 71-ci dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right