Sabah Avropa Liqasının qrup mərhələsində “Qarabağ” səfərdə İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşacaq.
Newsport.az-ın Londona ezam olunmuş əməkdaşına ingilis klubundan verilən məlumata görə, hazırda oyuna satılan biletlərin son sayı da bəllidir.
İngiltərə klubunun rəsmisi saytımızın Londona ezam olunmuş əməkdaşına verdiyi məlumata görə, hal-hazırda matça 33 000 bilet satılıb.O,bu rəqəmin oyun saatına kimi daha da artacağını bildirib.