Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda "Tottenhem"lə matçdan öncə mətbuat konfransında iştirak edib.
Newsport.az-ın Londona ezam olunmuş əməkdaşının verdiyi məlumuta görə,braziliyalı matç barədə bunları deyib:
"Bilirik ki, sabah bizi çətin oyun gözləyir. Amma mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə olsun. Biz də ümidvarıq ki, matç biz istəyən kimi nəticə ilə bitəcək".