Qurban Qurbanov: "Bu oyuna həvəslə hazırlaşmışıq və həvəslə matçı gözləyirik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Tottenhem"lə matçdan öncə mətbuat konfransında çıxış edib.

 

Newsport.az-ın Londona ezam olunmuş əməkdaşının verdiyi məlumuta görə,Qurbanov görüş barədə bunları deyib:

 

“Özümü Bakıdakı hiss etdim. Avropa Liqasında ilk oyunumuza çıxırıq. Məşqçi olaraq ildən-ilə təcrübə toplamaq mənim üçün xoşdu. Əlaxsusdu bu cür qrupa düşmək, bu cür klublara qarşı oynamaq.

 

Rəqib və oyun haqda çox danışmağa ehtiyac yoxdu. Çox həvəslə bu oyuna hazırlaşmışıq və həvəslə matçı gözləyirik. Çalışacağıq ki, sabah əən yaxşı oyunlarımızdan birini oynamağa. Baxmayaraq ki, rəqibimiz güclüdü, biz daha düzgün oynamağa çalışacağıq. Futbolçularıma inanıram və düşünürəm ki, ən yaxşı oyunlarından birini oynayacaq”.

 

- Azərbaycan klubları ingilis klubları ilə ilk dəfə üz-üzə gələcək. İngilis futbolu ilə qarşılaşma sizin üçün hansı çətinlik yarada bilər? “Tottenhem”in hansı oyun cəhətləri sizi rəqib kimi narahat edir?
- İngilis klubları dedikdə, düşünürük ki, sırf ingilis futbolu oynayır. Amma baş məşqçiləri tam başqa fəlsəfədə oynadır komandanı. İngilis və ispan futbolunun qarışığını oynayır. Siz daha tez analiz etmisiz nəinki biz. “Tottenhem” düşündüyümüz ingilis futbolundan fərqli oyun oynayır. Müdafiədə ingilis futbolu oynayır. Hücumda isə tam fərqli oynayırlar. Bilirik ki, bizim üçün çətinlik yaşadacaqlar.

 

- Hava şəraiti “Qarabağ” üçün çətinlik törədə bilər? 
- Sabahı bilmək olmaz hava necə olacaq, bəlkə dəyişdi. Belə havada oynamaq, buna əsl ingilis futbolu deyirlər. Bizim oyunçular üçün də maraqlı olacaq. Düşünürəm ki, bu hava şəraiti də bizə çətinlik yarada bilər. Görək sabah hava necə olacaq.

 

- Maksim Medvedev oynayacaq yoxsa İlqar Qurbanov?
- Tam qəti qərar verməmişəm. Sabaha kimi vaxtımız var. Məşqimiz də var. Oyundan qabaq bilinəcək.


- Yeni transferlərdən kimisə meydanda görə bilərik?
- İlk dəqiqələrdən olmasa da, sonradan meydana daxil ola bilərlər. 

 

- "Tottenem”in baş məşqçisi qeyd etdi ki, “Qarabağ”ı çətin rəqib kimi görürük...
-  Bu bizə qarşı olan hörmətlərini göstərir. Dəfərlərlə demişəm ki, heç bir rəqibə yuxarıdan aşağı baxmamışıq. Həm də heç bir rəqibdən çəkinməmişik. Hər bir rəqibə ciddi yanaşmışıq.

 

Mərdan Həsənov

London





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right