"Qarabağ"ın müdaifəçisi Bədavi Hüseynov Newsport.az-ın Londona ezam olunmuş əməkdaşına açıqlama verib. Hüseynov "Tottenhem"lə matç haqda fikir bildirib:
"Hamı “Tottenhem”in gücünü bilir. Onlar haqda artıq nəsə deməyə də ehtiyac yoxdu. Biz adlı-sanlı, böyük kluba qarşı oynayacağıq. Onlara qarşı oynamaq çox çətin olacaq. Çalışacağıq ki, maksimum diqqətli oynayaq. Çünki “Tottenhem”in hücum xətti olduqca güclüdü. Hansı stildə, hansı oyun sistemində oynamaq lazım olduğunu Qurban Qurbanov bizə deyəcək. Bu il "Tottenhem”in iştirakı ilə bir neçə oyuna baxmışam. Onların həqiqətən də çox güclü hücum xətti var və hər an rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilir".