Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Tottenhem” klubu ilə qarşılaşacaq "Qarabağ” bu gün səfərə yollanıb. Newsport.az xəbər verir ki, "Qarabağ” 18:00-da Heydər Əliyev adına Hava Limanından yola düşüb. Ağdam klubunun 5 saat yarımdan sonra Londonda olacağı gözlənilir.
"Qarabağ” sabah oyunun keçiriləcəyi "White Hart Lane” stadionunda yerli vaxtla 19:00-da məşqə çıxacaq. Buna qədər isə təmsilçimizin baş məşqçisi Qurban Qurbanov və bir futbolçu meda mənsublarının suallarını cavablandıracaq.
Qeyd edək ki, "Tottenham” – "Qarabağ” oyunu 17 sentyabr 00:05-də (18-inə keçən gecə)