"Qarabağ" azarkeşləri üçün 626 bilet ayrıldı

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək HİK (Finlandiya) - “Qarabağ” matçında Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (626 ədəd) oyun günü - avqustun 17-də yerli vaxtla 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Bolt Arena"da, 9-cu qapının yaxınlığında satılacaq.

Newsport.az-ın məlumatına görə, 113-114-cü sektorlar üçün nəzərdə tutulmuş biletlərin qiyməti 20 avrodur. Bilet satışını meydan sahibi HJK klubu həyata keçirir.

Qeyd edək ki, HİK - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right