Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Tottenhem” – "Qarabağ” oyununa hakim təyinatları bəlli olub.
Newsport.az saytının məlumatına görə,Londonda baş tutacaq matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Adrien Yakkottet olacaq. Ona bu işin icra olunmasında həmyerliləri Rafael Zeder və Vital Jobin köməklik edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını Yohannes Voqel yerinə yetirəcə.
Qeyd edək ki, "Totttenhem” – "Qarabağ” oyunu sentyabrın 18-i saat 00:05-də keçiriləcək.