Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Krasnodar" - "Qəbələ" matçının bilet satışına start verilib.
Newsport.az-ın məlumatına görə, artıq biletlərin qiyməti də açıqlanıb.
"Kuban" stadionunda keçiriləcək oyunu izləmək istəyən azarkeşlər ən ucuz bileti 200 rubla (3 manat 8 qəpik) ala biləcəklər. Ən bahalı bilet isə 2500 rubl (38 manat 5 qəpik) dəyərində olacaq.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Krasnodar" - "Qəbələ" matçı Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.