Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Tottenhem"lə qarşılaşacaq "Qarabağ"ın İngiltərəyə gedəcəyi tarix müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi sentyabrın 15-i çayter reysi ilə Londona yollanacaq. "Tottenhem" - "Qarabağ" qarşılaşması sentyabrın 17-i yerli vaxtla 20:05-də (Bakı vaxtı ilə saat 00:05-də) başlayacaq.