Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ” ilə eyni qrupda yer alan Almaniyanın "Borussiya Dortmund” klubu yoxlama oyunnunda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, dortmundulular II Bundesliqada mübarizə aparan "Santk Pauli”ilə qarşılaşıblar. Oyun "Borussiya”nın 2-1 hesablı qələbəsi ilə başa çatıb. Dortmundluların heyətində Gonzalo Kastro və Adnan Januzay fərqlənib.