Belçikanın "Anderlext" klubunun direktoru Herman van Holsbik Samuel Armenterosun "Qarabağ"a keçidini şərh edib.
Newsport.az-ın məlumatına görə, Brüssel təmsilçisinin rəsmisi Avroliqanın qrup mərhələsindəki rəqibləri olan Ağdam klubunun onların oyunçusunu almasına belə münasibət bildirib:
"Bəli, Armenteros "Qarabağ"a keçdi. Fede Viko isə İspaniyada özünə yeni klub tapa bilmədi. Əminəm ki, biz ötən mövsümlə müqayisədə daha güclü olacağıq. Yaxşı heyətimiz var. Demək olar ki, hər mövqe üzrə iki futbolçumuz var.
Məşqçilərimiz Bussufu heyətdə görməyi çox istəyirdilər. Amma onu razı sala bilmədik. Biz "Anderlext"ə həm də maliyyə baxımından faydalı olacaq futbolçular cəlb etmək istəyiik. Okaka, Kara, Obradoviç və Trezeqe belə oyunçulardandır".