"Avropa Liqasında oynamaq heç də asan deyil. Bizi burada çətin sınaqlar gözləyir”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Monako”nun vitse-prezidenti Vadim Vasilyev deyib.
Aropa Liqasının qrup mərhələsində ardıcıl ikinci dəfə çıxış edəcək "Qarabağ”ın rəqiblərindən biri olan "knyazlıq klubu”nun rəhbər şəxsi qrupu dəyərləndirib: "Tottenhem” güclü komandadı. Onlar haqda tam məlumatlıyıq. "Anderlext” də zəif rəqib deyil. Bu klubun oyunlarını izləmişik. Amma "Qarabağ” haqqında heç nə bilmirik. Bu komanda bizim üçün yeni kəşf olacaq. Avroliqada oynadığımız üçün fəxr edirik. Çalışacağıq ki, mümkün qədər çox irəli gedək”.