PAOK-un rəsmi saytı “Qəbələ”nin çıxışını nağıla bənzətdi

UEFA Avropa Liqasında "Qəbələ” ilə bərabər C qrupunda mübarizə aparacaq PAOK-un rəsmi saytı rəqiblərdən yazıb.

Newsport.az-ın məlumatına görə, yunanlar Dortmund "Borussiya”sı və "Krasnodar”la yanaşı, Azərbaycan təmsilçisi haqda da qeydlərini edib. 
 
Məqalədə "Qəbələ”nin qrup mərhələsinin 48 iştirakçısı arasında ən aşağı reytinqə malik olması xüsusi vurğulanıb. Amma yunanlar "qırmızı-qaralar”ın çıxışı ilə bunu unutdurduğunu da qeyd edib. Belə ki, "Qəbələ”nin Kipr "Apollon”unu və elə Yunanıstan təmsilçisi "Panatinaikos”u mübarizədən kənarlaşdırdığı qeyd edilən "Qəbələ”nin ilk təsnifat mərhələsindən qrupa qədər yüksəlməsi Zoluşka nağılına bənzədilib. PAOK-un rəsmi saytı "Qəbələ”nin ötən mövsüm avrokuboklarda debüt etdiyini və dərhal mübarizəni dayandırdığını, bu il isə hər şeyin tam fərqli olduğunu yazıb.
 
Yazıda komandanın baş məşqçisi Roman Qriqorçuka da xüsusi yer ayrılıb. Onun Latviyada "Ventspils”də çalışarkən 4 il ərzində titular kolleksiyası yığdığı, 2010-cu ildə vətənə qayıdaraq 2013-cü ildə "Çernomorets”lə ölkə kubokunun finalına çıxdığı, növbəti il isə Avropa Liqasında qrup mərhələsində yarışdığı vurğulanıb. Ötən ilin dekabrından "Qəbələ”yə gələn Qriqorçukun ilk mövsümdəcə bürünc medal qazandığı, komandanı Avropa Liqasında qrupa çıxardığı yazılıb. "Qəbələ”nin qrupda ilk matçını evdə elə PAOK-a qarşı keçirəcəyi isə xüsusi vurğulanıb.
 
Məqalədə "Qəbələ”nin əsas ulduzu kimi Luis Paulu İlariu göstərilib. Dodonun cümə axşamı "Panatinaikos”u "dəfn etdiyi” ayrıca qeyd edilib. Braziliya futbolçunun Xorvatiyadan 2011-ci ildə alındığı yazılıb. Yunanlar Dodonu hərəkətli forvard kimi təqdim edərək, onun rəqib müdafiəsini daim gərginlikdə saxladığını, ələ düşən azsaylı imkanlardan maksimum istifadə etməsini qabardıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right