"Üç rəqibimizdən ikisi böyük komanda olmasa da, çətin qrupda yer aldığımızı düşünürəm. Əlbəttə, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri PAOK-un futbolçusu Marin Leovats deyib.
UEFA Avropa Liqasında C qrupunda "Qəbələ”, "Borussiya” və "Krasnodar”la mübarizə aparacaq Yunanıstan klubunun xorvatiyalı sol cinah müdafiəçisi rəqiblər haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:
"PAOK Avropada tanınmış bir komandadı. Məncə, rəqiblərimizdən heç biri bizimlə eyni qrupa düşdükləri üçün sevinməyib. "Borussiya” ilə Dortmunddakı isti atmosferdə qarşılaşmaq çox ecazkar olacaq. Amma rəqiblərimizi möhtəşəm azarkeş dəstəyinə malik olduğumuz "Tumba” stadionunda qəbul etmək daha gözəl olacaq. Burda rəqiblərimizdən heç birinə asan həyat olmayacaq! Yenidən Avropada çıxış etmək üçün çox səbrsizlənirəm”.