UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan təmsilçilərimiz - "Qarabağ" və "Qəbələ" bununla maddi durumda da irəli düşüb.
Newsport.az-ın məlumatına görə, hər iki klubumuz qrup mərhələsinə yüksəlməklə UEFA-dan milyonlar qazanacağını rəsmiləşdirib.
Belə ki, qrup mərhələsində iştirak edən bütün komandalara olduğu kimi, "Qarabağ"la "Qəbələ"yə də UEFA-dan 2,4 milyon avro ayrılacaq. Qrup mərhələsində uğurlu çıxış isə klublarımızın bu gəlirlərini daha da artıra bilərlər. Belə ki, bundan sonra qazanılacaq hər qələbə büdcəyə əlavə 360 min avro qazandıracaqsa, heç-heçə 120 min ilə qiymətləndiriləcək. Qrup qalibi olacaq komandalar 500 min avro gəlir əldə edəcəksə, ikinci yeri tutanlar 250 min avro irəli düşəcək.
Qeyd edək ki, qrup mərhələsinə qədər "Qarabağ" Çempionlar Liqasında II təsnifat mərhələsini uğurla adladığını görə, 300 min avro qazanıbsa, bütün təsnifat mərhələlərində iştirak edən "Qəbələ" I, II, III təsnifat mərhələlərindəki qələbəylə 630 min avro irəli düşmüşdü. Başqa sözlə, "Qarabağ"ın minimum qazancı 2,7 milyon, "Qəbələ"ninki isə 3 milyon 30 min avro olacaq.