“Krasnodar”ın baş məşqçisi: “Qəbələ” mənə tanış komandadı”

"Qrupumuzun favoritinin "Borussiya” olması aydındır. "PAOK və "Qəbələ” ilə birgə ikinci yer uğrunda mübarizə aparacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib.
 
UEFA Avropa Liqasında C qrupunda "Qəbələ”nin rəqiblərindən olan şimal qonşumzun təmsilçisinin çalışdırıcısı püşkün nəticəsindən razı qaldığını deməklə bərabər, qrupdakı bütün rəqiblərin ona tanış olduğunu bildirib: "Püşkün nəticəsindən narazı qala bilmərəm. Çünki bütün rəqiblərimiz mənə tanışdılar. Onlardan nə gözləyəcəyimizi bilirəm. "Karpat”ın baş məşqçisi olanda "Borussiya” və PAOK ilə qarşılaşmışam. Yenidən onlarla üz-üzə gəlmək maraqlı olacaq. "Borussiya” ilə 2010-cu ildə Lvovda keçirdiyimiz oyun daha yaddaqalan olmuşdu. Yadımdadı, gərgin qarşılaşmanın sonunda 3:4 hesabı ilə uduzmuşduq. PAOK-la isə 2011-ci ildə qarşılaşmışam. Yekun nəticədə uduzsaq da, öz meydanımızda pis oyun göstərməmişdik. Salonikidəki atmosferi unutmamışam. Azarkeşləri PAOK-u yaxşı dəstəkləyirlər. Ancaq bu, bizi qorxutmamalıdı. Hər bir futbolçuya dolu tribunalar qarşısında oynamaq xoşdu. "Qəbələ” də mənə tanış komandadı. Onları Roman Qriqorçukun çalışdırdığını bilirəm. Üstəlik, komandada hansı futbolçuların oynamasından da xəbərim var”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right