"Çox yaxşı qrupda yer aldığımızı düşünürəm. "Borussiya” ilə oynamaq əla olacaq. Almaniyanın ən yaxşı klublarından biridi. Əla azarkeş dəstəyinə malikdilər, bütün oyunlarda stadionları tam dolur. Yunanıstan təmsilçisi PAOK-la oyunlar da maraqlı olacaq. Onların da əla azarkeş dəstəyi var. Bu komanda ilə oyunlar o qədər də asan olmayacaq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Krasnodar”ın kapitanı Andreas Qrankvist deyib.
UEFA Avropa Liqasının C qrupunda təmsilçimiz "Qəbələ” ilə mübarizə aparacaq Rusiya klubunun isveçli müdafiəçisi rəqibləri haqda fikirlərini bildirərkən "Qəbələ” barədə məlumatsız olduğunu deyib: "Açığını deyim ki, Azərbaycan təmsilçisi haqqında heç nə bilmirəm. Onların hansı gücə malik olduqları haqqında təsəvvürə malik deyiləm. Ancaq istənilən halda qrupdakı mübarizə çox maraqlı olacaq. Düşünürəm ki, növbəti mərhələyə keçmək üçün yaxşı şanslarımız var”.