"Püşkün bizim üçün sərfəli olduğunu düşünürəm. Yaxşı qrupa düşmüşük və qrupdan çıxmaq üçün əla şanslarımız var”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Krasnodar”ın yarımmüdafiəçisi Joazinyo deyib.
UEFA Avropa Liqasında C qrupunda "Qəbələ” ilə birlikdə mübarizə aparacaq "Krasnodar”ın braziliyalı yarımmüdafiəçisi rəqibləri dəyərləndirib: "Məncə, keçən mövsüm rəqiblərimiz indikinə baxanda daha güclü idilər. Bəli, biz bu dəfə turnirin əsas favoritlərindən biri olan Dortmunt "Borussiya”sı ilə oynayacağıq. Digər iki rəqib isə səviyyədə dortmundlulardan geri qalır. Düzdü, Avroliqanın qrup mərhələsində zəif komanda ola bilməz. Bütün oyunlara eyni konsentrasiya və istəklə hazırlaşmalıyıq. Meydanda bacardıqlarımızın 100 %-ni göstərməliyik ki, növbəti mərhələdə mübarizəni davam etdirə bilək”.