UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində C qrupunda "Qəbələ”nin rəqiblərindən biri də "Borussiya” olacaq.
Newsport.az-ın məlumatına görə, püşkün nəticəsi bəlli olduqdan sonra müzakirə olunan əsas məsələlərdən biri də dortmundluların erməni futbolçusu Henrik Mxitaryanın komandası ilə birlikdə Bakıya gəlib-gəlməyəcəyi idi.
Bu barədə püşkatmadan dərhal sonra təşkil olunmuş mətbuat konfransında UEFA prezidenti Mişel Platiniyə sual ünvanlanıb. Əvvəlcə suala cavab verən qitənin ali futbol qurumunun baş katibi Canni İnfantino erməni futbolçunun "Qəbələ” ilə Azərbaycandakı oyunda çıxış etməsinə çalışacaqlarını söyləyib. Daha sonra isə Mişel Platini də erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib.