"Buraxdığımız səhvlərdən qapımızda iki qol gördük. Hərçənd ilk yarıda qol vurmaq üçün xeyli imkanımız oldu. Lakin bunların yalnız birindən yararlandıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Panatinaikos"un kapitanı Zeka Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.
Portuqaliyalı futbolçu yol verdikləri iki səhvin komandasına baha başa gəldiyini bildirib: "Top qapıya daxil olmaq istəmirsə, bu, bəxtsizlikdir. Ancaq biz iki səhvə yol verdik və bunun da əziyyətini çəkdik. Hansı ki, bu səviyyədə oyunlarda səhvə yol vermək olmazdı. Doğma azarkeşlərimiz önündə qələbə qazanacağımızı arzulayırdıq. Təəssüf ki, hadisələr əks cərəyan etdi". (qol.az)