Bakıda qırmızı alan kapitan: “Hakim oyunu zibilə döndərdi”

"Qarşıya çox ciddi məqsəd qoyulmuşdu. Təəssüf ki, oyunun əvvəlindəcə hakim oyunu zibilə döndərdi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Yanq Boyz”un müdafiəçisi Stiv fon Bergen deyib.
 
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”la qarşılçış İsveçrə klubu caba oyununda böyük hesabla yenildi. Bunda təcrübəli müdafiəçinin oyunun 3-cü dəqiqəsində penaltiyə səbəb olan qayda pozuntusuna yol verməsi və meydandan qovulması da az rol oynamadı. 
 
Ancaq isveçrəli futbolçu qırmızı vərəqə ilə razılaşmayıb və hakimi ittiham edib: "Qırmızı vərəqə və qoldan sonra bütün arzularımız puç oldu. Bizim üçün vəziyyət icraolunmaz tapşırığa çevrildi. Hakim orda qayda pozuntusunu harda gördü, bilmirəm. Sonuncu futbolçu idim və qaydaları pozacağım halda ikiqat zərbə alacağımızı bilirdim. Müvazinətimi itirib yerə yıxılanda əllərimi də yığışdırdım ki, rəqibə toxunmayım. Amma hakim özündən penalti uydurdu. Komanda, klub üzvlərindən, azarkeşlərdən üzr istəyirəm. Çox təəssüf. Hamımız məyus olmuşuq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right