"İlk hissədə "Qarabağ” çox yaxşı oynadı. Oyunun əvvəlində birbaşa qırmızı vərəqə almağımız və rəqibin qol vurması işləri korladı”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Yanq Boyz”un müdafiəçisi Floran Haderqyonay deyib.
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”a yenilən İsveçrə təmsilçisini sağ cinah müdafiəçisi hər şeyi qırmızı vərəqə ilə bağlayıb: "İlk oyunda 0:1 hesabıyla uduzduğumuzdan cavab matçında hücumameyilli futbol sərgiləyəcədik. Amma dediyim kimi, erkən qırmızı vərəqə və buraxılan qol bütün planlarımızı pozdu. Çox çətin durumla üzləşdik. Oyunu dəyişmək qeyri-mümkün oldu”.
Qazonun durumunu bəhanə gətirmək istəmədiyini, hər 2 komandanın eyni şəraitdə mübarizə apardığını bildirən isveçrəli futbolçu oyundan sonra məşq etmələrinə də aydınlıq gətirib: "Xeyr, bunun baş məşqçi tərəfindən verilən hər hansı cəzayla bağlılığı yoxdur. Sabah (bu gün – red.) məşq olmayacaq. Ona görə də elə Bakıda yüngül məşq etdik”.