"Qəbələ" "Borussiya", "Qarabağ" "Tottenhem"lə eyni qrupda YENİLƏNİB

Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. 

Newsport.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində Azərbaycan ilk dəfə olaraq iki klubla təmsil olunacaq.

"Qəbələ" "Panatinaikos" (Yunanıstan) səddini keçməklə tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib. "Qarabağ" isə "Yanq Boyz" (İsveçrə) klubunu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.

Hər iki klubumuz püşk zamanı 4-cü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, həm "Qarabağ"a, həm də "Qəbələ"yə qrup mərhələsində nisbətən güclü komandalar rəqib olacaq. 

Püşkdə 48 komanda iştirak edəcək ki, bunlardan 22-i Avropa Liqasında pley-off mərhələsinin qalibi, 10-u isə Çempionlar Liqasının "pley-off"unda mübarizəni dayandıran klublar olacaq. Qalan 16 komanda isə qrup mərhələsinə birbaşa qatılacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək. 
 

A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Sion" (İsveçrə)

C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan)

D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtilland" (Danimarka)

E qrupu: "Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninqen" (Hollandiya)

G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa), "Rusenburq" (Norveç)

H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya)

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenses" (Portuqaliya)

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)
 
K qrupu: 
"Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras Tripolis" (Yunanıstan)

L qrupu: "Atletik" (Bilbao, İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Ausburq" (Almaniya), "Partizan" (Serbiya)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right