Avropa Liqasının "pley off” mərhələsi çərçivəsində Bakıda İsveçrənin "Yanq Boys” klubunu 3-0 hesabı ilə məğlub edən "Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
-İlk öncə sizi təbrik edirik...
-Minnətdaram. Məndə ilk öncə Azərbayan xalqını, futbol camiəsini, hər kəsi təbrik edirəm. Hamımızın bir yerdə qazandığımız qələbədir.
-Meydançanın vəziyyəti normal deyildi. Bundan əlavə meydanda hansı çətinlikləriniz oldu?
-Meydança haqqında danışmaq istəmirəm. "Seltik”lə oyundan sonra da danışmadım. Düzdü, bu hər iki komanda üçün problem idi. Oyundan əvvəl düşünürdük ki, meydança amili bizim üçün problem olacaq. Çünki biz daha çox texnikaya üstülük verən komandayıq. Futbolçularla fəxr edirəm. Çünki bu gün istənilən vəziyyətdə, istənilən epizodda çox yaxşı oynadılar. Məşqçilər də oyundan qabaq hesabı qorumaq üçün oynamamağı tapşırmışdı.
-Səncə "Qarabağ”ın bu günkü oyunuən yaxşı oyunlarınızdan biri idi?
-Bəli, demək olar ki, ən yaxşı oyunlarımızdan biri idi. İndi "Qəbələ”nin oyununa baxmağa gedirəm. İnanıram ki, qruplarda iki komanda ilə mübarizə aparacağıq.