“Qarabağ”ı təbrik edirəm. Azlıqda qalsaq da, əlimizdən gələni etdik. Ancaq artıq oyun əldən getmişdi”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Yanq Boyz”un baş məşqçisi Harald Qamperle Avropa Liqasının pley-0ff mərhələsinin “Qarabağ”la cavab matçından (0:3) sonra keçirdiyi mətbuat konfransında deyib.
O, qeyd edib ki, stadionun ot örtüyünün pis vəziyyətdə olmasını məğlubiyyətin səbəbi kimi göstərmək düzgün deyil: “Bunu müzakirə etmək lazım deyil. Çünki hər iki komanda eyni şərtlər altında oynadı”.