"Qəbələ" tarix yazdı YENİLƏNİB

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan "Qəbələ" Yunanıstanda "Panatinaikos"un qonağı olacaq. 

Bakıda keçirilən oyunda qolsuz heç-heçə qeydə alınmışdı - 0:0. Buna görə də, qrup mərhələsinə vəsiqə qazanmaq istəyən Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Afinada qol vurmalıdı. İstənilən qollu heç-heçə "qırmızı-qaralar"ı qrup mərhələsinə daşıyacaq.

Əgər komanda buna nail ola bilsə tarixində bir ilkə imza atacaq.

 

Avropa Liqası, Pley-off mərhələsi (cavab oyunu)

27 avqust

23:00. “Panatinaikos” - “Qəbələ” 2-2

Qollar: Dodo, 6 (0:1), Markus Berq, 34 (1:1), Dodo, 60 (1:2), Nano, 78 (2:2)

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Tomaş Mokoş, Peter Kraloviç (Slovakiya).

Afina. Apostolos Nikolaidis adına stadion.

İlk oyun - 0:0.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right