"Panatinaikos" - "Qəbələ": bütün biletlər satıldı

Avropa Liqasının "pley-off" mərhələsində sabah keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) cavab oyununa biletlərin hamısı satılıb.

Newsport.az-ın məlumatına görə, sabah stadionun bütovlükdə dolacağı gözlənilir. Amma stadionda azərbaycanlı azarkeşlər çox az olacaq.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu gün keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub. O, təəssüf hissi ilə bildirib ki, Azərbaycanda gördükləri azarkeş dəstəyini sabahkı qarşılaşmada görə bilməyəcəklər. Ukraynalı mütəxəssis azarkeşsiz oynamağın onların oyununa təsir edəcəyini də vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right