"Pley-off mərhələsində asan oyun olmur. Xüsusilə də bu səviyyədə. Burada bizim fəaliyyətimiz və onun nə dərəcədə effektli olması əsas rol oynayacaq. Eyni zamanda müəyyən mənada bəxt də bizə yardım etməlidir. Superliqanın ilk turunda qazandığımız qələbədən sonra yüksək əhval ruhiyyədəyik. "Qəbələ” ilə oyunda da qalib gəlmək istəyirik. Çünki yalnız bu yolla qrup mərhələsinə vəsiqə qazana, ən azı qışa qədər avrokuboklarda mübarizə apara bilərik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu söyləyib.
Avropa Liqasının pley-off mərhələsində "Qəbələ”nin rəqibi olan Yunanıstan təmsilçisinin 42 yaşlı çalışdırıcısı cavab oyunu öncəsi keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirdikdən sonra media nümayəndələrinin suallarını cavablayıb.
- Hamı elə düşünür ki, "Panatinaikos” 3-4 qol vuraraq qələbə qazanacaq və qrupa düşəcək. Belə fikirlər sizin üçün yaxşıdır?
- Bunun yaxşı və ya pis olmasını sabah görəcəyik. Amma "Qəbələ”ni asan məğlub edəcəyimizi söyləyənləri anlamıram. Artıq Avropada asanlıqla 3-4 qol vurula biləcək komanda yoxdur. Özü də bu mərhələdə. Bilirik ki, bizi çox çətin oyun gözləyir və hər şey özümüzdən asılıdır. Hər dəfə qələbə qazanmalı olduğumuzu bilə bildirməklə üzərimizdə əlavə təzyiq yaradırsız. Çünki qrup mərhələsinə vəsiqə qazanmağa borclu olduğumuzu sizsiz də dərk edirik. Uşaqlar bunun üçün mübarizə aparacaqlar. Yetirmələrim hər zaman qələbə üçün oynayır. İlk oyunda bəxtimizz gətirmədi, qol vura bilmədik. Çempionat matçında isə 2 qol vurmağı bacardıq. Sabah da üstünlük bizdə olcaq və qol vurmağa çalışacağıq.
- Bakıdakı oyunda istifadə etdiyiniz taktikanı seçəcəksiz?
- Bu dəfə evdə oynayırıq, fərqli çıxış edəcəyik. İlk oyunda "Qəbələ”nin hücum imkanlarını neytrallaşdırmağa, boşluqlardan yararlanmağa çalışdıq. İndi isə fərqli olacaq. Amma bu haqda heç nə deməyəcəm. Hamısını sabah stadionda görəcəksiz.
- Ötən mövsümdə görürdük, indi də görürük ki, komanda qol vurmaqda çətinlik çəkir. Nə baş verir?
- Komanda şəklində yaxşı oynayırıq. Bəzən bu yaxşı oyunu qol çevirməkdə çətinliyimiz olur. Amma həmin anlarda qol vursaq, daha rahat, daha sakit oynaya bilərik. Nə baş verdiyini bilmirəm. Hücum xəttində çox güclü oyunçularımız var. Məncə, əsas odur ki, hücumlarımız bol olsun. Əvvəl-axır qollar gələcək. Berqlə Karelisə heç nə deyə bilmərəm. Əsas vacib detal, onlara qədər rəngarəng oynamaq, oyuna fərqlilik qatmaqdır.
- Sizcə, "Qəbələ” necə oynayacaq?
- Bütün oyunlarını izlədiyimdən deyə bilərəm ki, eyni tərzdə çıxış edəcəklər. Keçirdikləri 10 oyunda heç nə dəyişməyiblər. Düşünürəm ki, Azərbaycandakı kimi oynayacaqlar. Yəni böyük fərq olacağını fərz etmirəm.
- Mətbuatda 4-2-2-2 taktikasıyla oynayanda daha pis çıxış etdiyiniz haqda gedən yazılara münasibətiniz necədir? Yazılanlara görə, 4-4-2 ilə daha yaxçı çıxış etmək olar...
- Şəxsən mən mətbuatda yazılanları oxumuram. Çünki vaxtım yoxdur. İlk gündən məni meydandakı işin maraqlandırdığını demişəm. Uğurlu nəticə olmayınca hər zaman bu cür iddialar ortaya atılacaq. "Qəbələ” ilə ilk oyunda 4-2-2-2 taktikasına əsasən futbolçulara xüsusi tapşırıqlar vermişdim. Onlar da bu tapşırıqlara əsasən çıxış etdilər. Futbol belədir, hər oyuna fərqli strategiya ilə çıxırsan. Bir qədər də bəxtin gətirməlidir. Şəxsən mən və yetirmələrim oyunda ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışırıq. Məhz oyunda nəyin alınıb, nəyin alınmamasından da çox şey asılı olur.
- Maykl Essyenin adı "Panetolikos”la matç üçün siyahıya salınmışdı. Amma "18-lik”də yer almadı. Onu nə vaxt yaşıl meydanda görəcəyik?
- O, əvvəlcə yoxlama oyunlarında çıxış etməlidir. Oyun tonusunu bərpa etmək üçün. Eyni sözləri Rasmus Telander haqda da deyə bilərəm. Avroliqa matçımızdan sonra çempionatda "Kalloni” ilə oyunumuz var. Sonra isə iki həftəlik fasilə olacaq. Bu müddətdə onların hansı durumda olmalarını müəyyənləşdirəcəyik.