Sabah Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, bu gün sözü gedən komandaların oyunöncəsi mətbuat konfransı keçirilib.
Saytımıza danışan isveçrəlilərin müdafiəçisi Milan Vilotiç sabahkı qarşılaşma ilə bağlı bu sözləri deyib: "İlk oyunu evdə məğlub olmuşuq. Bu hələ son deyil. Ən azı 1 qol vurub, mərhələ adlamaq istəyirik".
28 yaşlı futbolçu Respublika stadionunun ot örtüyündən də söhbət açıb: "Hər meydan ideal olmur. Əgər hücumçu kimi vəzifəm qol vurmaqdısa, qazonun nə vəziyyətdə olması mənim üçün elə də əhəmiyyətli deyil".