"Sabahkı oyundan sonra da belә ola bilәrәm"-"Yanq Boyz"un baş məşqçisi

Sabah Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.
 
Newsport.az-ın məlumatına görə, bu gün sözü gedən komandaların oyunöncəsi mətbuat konfransı keçirilib.

Jurnalistlərin suallarını cavablandıran isveçrəlilərin baş məşqçisi Harald Qemperle sabahkı qarşılaşma ilə bağlı bu sözləri deyib:

"Bizim üçün çox çәtin olacaq. İlk matçı evdә uduzmuşuq. "Qarabağ"ı Bakıda mәğlub etmәk çәtindi. Ona görә də irәli atılacağlq".

İsveçәrli çalışdırıcı stadionun ot örtüyündәn də söhbət açıb: Biz sabah bu meydançada oynayacağıq . Bizә başqa stadion vermәyәcәklәr. Bu meydanda sabah oynayacğıq vә qәləbә qazanmağa çalıçacağıq".

"Çox mәyus görünürsünüz" sualına baş mәşqçi belә cavab verib: "Yox. Belә deyil. Sabahkı oyundan sonra da belә ola bilәrәm".

"Zәif nәticәlәrin sәbәbi nәdir?" sualına da baş mәşqçi belә aydınlıq gәtirib: "Futbolda hәr nәticə olur.  Qәlәbәlәr dә, mәğlubiyyәtlәr dә".

Bundan әvvәl "Ayntraxt" (Almaniya) vә "Zalsburq" (İsveçrə) "Qarabağ"la oyunlardan sonra Reynaldo üçün rәsmi tәklif göndәrdi. Sizdә dә belә şey ola bilәr? - "Reynaldo haqqında mәlumatım var. Amma öz oyunçularımdan razlyam".

Məşqçi "Bakını gәzmisiz. Paytaxtınlz haqqında tәәssüratlarınız necədi?" sualını da cavabsız qoymayıb: "Elә dә çox gәzmәdik. Amma paytaxtınız gözәl, müasir şәhәrdi".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right