Ötən gecə Bakıya gələn "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz" klubunun futbolçuları bu gün şəhərə gəzintiyə çıxıblar.
Newsport.az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Bern təmsilçisinin futbolçuları Bakı bulvarında görüntülənib.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boys" görüşü saat 21:00-da başlayacaq.