"Qarabağ" - "Yanq Boys" oyununa nə qədər bilet satılıb?

Avqustun 27-də Avropa Liqasının "pley off” mərhələsinin cavab qarşılaşaması çərçivəsində  təmsilçimiz  "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrənin "Yanq” boys klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, sözügedən qarşılaşmanın biletləri bu gün səhər saatlarından etibarən satışa çıxarılıb. Əldə etdiyimiz bilgiyə görə,  qarşılaşmaya maraq həddindən artıq böyükdür. Bunu ilk gün üçün satılan biletlərin sayından da hiss etmək olar. Belə ki, son hesablamalara görə, günün sonuna qədər 9000-dən çox bilet satılıb. Bu gedişlə gedərsə oyun gününə qədər bütün biletlərin satılacağı gözlənilir.
Qeyd edək ki, komandala rarasında baş tutan ilk görüşdə "Qarabağ” rəqibini 1-0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right