"Qarabağ" Berndə qələbə qazanıbsa, o demək deyil ki, artıq şansımız qalmayıb"

“Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də var”. 

Newsport.az-ın məlumatına görə, bunu “Yanq Boyz”un hücumçusu Miralem Süleymani deyib. Süleymani UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab görüşünü dəyərləndirib: "Evdə məğlub olacağımız heç ağlımızdan da keçmirdi. Düzdü, mövsümə o qədər də uğurlu start götürməmişik.

“Qarabağ”a məğlubiyyət isə əhvalımızı tamam korlamışdı. Lakin çempionatda “Sion” üzərində qələbə qazanaraq, uğursuzluğa son qoyduq. Artıq komandada özünəinam geri qayıdıb. “Qarabağ”la cavab oyununa nikbin çıxacağıq. Düzdü, rəqib çox güclü komandadı. Onlar son illər, demək olar ki, eyni heyətlə çıxış edirlər və zəngin təcrübə toplayıblar. Amma bizim komandada da yüksək səviyyəli futbolçular cəmləşib”.

Süleymani Bakıda qol vurmaq istədiyini də əlavə edib: “Qarabağ” Berndə qələbə qazanıbsa, o demək deyil ki, artıq şansımız qalmayıb. Biz niyə səfərdə qalib gəlməyək? Cəmi bir top fərqi ilə geridəyik, bunu da aradan qaldırmaq olar. Bakıda hücum futbolu göstərməliyik. Mən də əlimdən gələni edəcəm ki, qol və ya qollarımla qələbəyə töhvə verim. Bir hücumçu kimi işim qol vurmaqdı və ora bunun üçün gedirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right