Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları təmsilçilərimiz üçün əlamətdar olacaq. "Qəbələ"nin "Panatinaikos"la safət matçında avrokuboklarda 10-cu görüşünü keçirəcəyini xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, digər komandamız "Qarabağ" da yubiley qeyd edəcək.
Belə ki, Bakıda İsveçrənin "Yanq Boyz” klubunu qəbul edəcək Ağdam təmsilçisi qitə miqyaslı turnirlərdə 60-cı matçını keçirəcək. Avrokuboklarda 1996-cı ildə debüt edən "atlılar" indiyədək Avropa səhnəsində keçirdiyi 59 matçda 22 qələbə qazanıb, 16 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb. 55 qol vuran təmsilçimiz öz qapısından 75-ni buraxıb.
Qeyd edək ki, "Qarabağ" avrokuboklardakı oyun və qələbə sayında Azərbaycan rekordçusudur. Hər 2 göstəricidə Ağdam təmsilçisinin ən yaxın izləyicisi "Neftçi"dir - 52 oyun, 14 qələbə.