Qurban Qurbanov "Yanq Boyz"ın baş məşqçisini qabaqladı

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" "Yanq Boyz"la qarşılaşacaq.
 
Newsport.az-ın məlumatına görə, Bakıda keçiriləcək cavab matçından 1 gün öncə komandaların baş məşqçilərinin oyunöncəsi mətbuat konfransı olacaq. 
 
Əldə etdiyimiz məlumata görə, media nümayəndələri önünə ilk öncə Qurban Qirbanov çıxacaq. "Qarabağ"ın baş məşqçisinin mətbuat konfransı saat 17:15-də olacaq. Bundan 30 dəqiqə sonra isə "Yanq Boyz"un çalışdırıcısı Harald Qamperle mətbuat nümayəndələrinin qarşısına çıxacaq. 
 
Qeyd edək ki, "Qarabağ" - "Yanq Boyz" oyunu avqustun 27-də keçiriləcək. Matç saat 21:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda oynanılacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right