Avrokuboklarda 10-cu oyun

Avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmada "Qəbələ” Yunanıstanın "Panatinaikos” klubu ilə görüşəcək. 

Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən "qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı səfərdə keçirəcək. Afinada keçiriləcək qarşılaşma Apostolos Nikolaidis stadionunda baş tutacaq. 

Klub saytının məlumatına görə, bu matç komandanın avrokuboklarda yubiley – 10-cu oyunu olacaq. Bunadək 9 görüşə çıxan "Qəbələ” bütün oyunlarını UEFA Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində - 2014/15 mövsümündə iki matç keçirən komanda cari mövsüm artıq 7 oyunda iştirak edib. Bu 9 matçda "Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda "qırmızı-qaralar" 7 qol vurub, 9-nu buraxıb. 


"Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən Dodo və Rafael Santosdur. Lakin sonuncu cəza üzündən Afinadakı qarşılaşmanı buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right