Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" cavab oyunu üçün bu gün Bakıya gələcək.
Newsport.az-ın məlumatına görə, İsveçrə təmsilçisi axşam saatlarında paytaxtımızda olacaq. Əldə etdiyimiz məlumata görə, Bern təmsilçisi "Hilton” otelində qalacaq. Avqustun 26-da isə "cavan oğlanlar” "Qarabağ"la oyunöncəsi Bakıda son məşqinə çıxacaq.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında İsveçrədə keçirilmiş ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.