Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos”la mübarizə aparan "Qəbələ”nin Yunanıstana gediş vaxtı bəlli olub.
Newsport.az-ın məlumatına görə, əyalət klubu Afinaya avqustun 26-da gedəcək.
Əldə etdiyimiz məlumata görə, səhər saatlarında Bakını tərk edəcək "qırmızı-qaralar” Yunanıstan paytaxtında "İnterkontinental” otelində qalacaqlar. Elə 26-sı matçöncəsi son məşqinə çıxacaq "Qəbələ” avqustun 27-si qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda 0:0 hesabı qeydə alınmışdı.