"Qarabağ" - "Yanq Boyz" oyununun biletləri nə vaxt satışa çıxarılacaq?

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə "Report"a Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

O, bildirib ki, bütün biletlər satışda olacaq. Biletlərin qiyməti 1-15 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manat olacaq.

Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right