UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” Afinada "Panatinaikos”la qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, görüşün hakimləri artıq bəlli olub.
Belə ki, matçı slovakiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi FİFA referisi İvan Krujlyak olacaq. Ona həmyerliləri Tomaş Somolani və Tomaş Mokoş yardım edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Peter Kraloviç olacaq.
Bu oyunda hakimlərin işinə sabiq ünlü ispaniyalı hakim Manuel Mexito Qonsales qiymət verəcək. UEFA nümayəndəsi isə avstriyalı Volfqanq Tirrixter təyin olunub.
Qeyd edək ki, "Panatinaikos” – "Qəbələ” oyunun avqustun 27-də keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq.