Qarabağ”ın kapitanı Rəşad Sadıqovun newsport.az saytına müsahibəsi:
-İlk öncə “Yanq Boys” üzərində qələbəyə görə təbrik edirik. Qarşılaşma haqqında fikirləriniz necədir?
-Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Oyundan qabaq rəqibin hücumu sevən komanda olduğunu bilirdik. Rəqibin pressinqinin qarşısını almaq üçün topu özümüzdə daha çox saxlamağa çalışdıq. Oyunumuz yaxşı alındı.
-Düşünmək olarmı ki, artıq səfərdəki nəticə ilə işin 50%-ni həll etmisiniz?
-1-0 hesablı nəticə çox sürüşkən hesabdı. Yadınızdadısa “Visla” və “Honka” ilə oyunlarda hesabda irəlidə olduğumuz anlarda çətinliklər yaşadıq. Bu yollardan keçmişik. Bilirik ki, Bakıdakı oyun çətin olacaq. Rəqib də hesab arasındalı fərqi düzəltməyə çalışacaq.
-Vurulan qolu necə şərh edə bilərsən?
-Almeyda qapıya yaxşı zərbə endirdi. Çox uğurlu alındı.
-Qələbə qazanacağınızı gözləyirdinizmi?
-Əsas məqsədimiz məğlub olmamaq idi. Bilirik ki, ilk oyunda məğlub olduqdan sonra cavab oyunu çətin olur. Oyundan öncə 1 toplu məğlubiyyətə də razı idim.
Mərdan Həsənov