"Belə rəqibə qarşı səfərdə qol vurmalı idik. Əgər bunu bacarsaydıq, rəqibin müdafiəsində daha çox boşluqlar yaranacaqdı ki, bu da bizim hesabı artırmağımıza kömək edəcəkdi. Ancaq təəssüf ki, qol imkanlarımız olsa da, bundan yararlana bilmədik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Panatinaikos"un futbolçusu Anastasios Laqos Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra deyib.
Yunanıstanlı futbolçu komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını bildirib: "Komandama güvənirəm və əminəm ki, cavab matçında gücümüzü meydanda göstərəcəyik. Ola bilər ki, komanda hazırda yaxşı vəziyyətdə deyil.
Çempionlar Liqasında "Brügge"yə məğlubiyyətdən sonra psixoloji olaraq sarsıldıq. Bu, "Qəbələ" ilə oyuna da sirayət etdi. Ancaq qarşımıza hədəf qoymuşuqsa, ona çatmaq üçün sonadək mübarizə aparmalıyıq. Komandamın qrup mərhələsinə vəsiqə qazanacağına inanıram".