"Yerdə qalan oyunçunun dilinin qatlandığını zənn etdim"-Arif Daşdəmirov

"0:0 hesabı bizim üçün pis nəticə deyil. Səfərdə bu komandaya qol vurmaq gücündəyik". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Arif Daşdəmirov Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la ilk görüşdən sonra deyib. 

Müdafiəçi matçın sonlarında rəqib futbolçu ilə yaşadığı kiçik mübahisəyə də münasibət bildirib: "Mən rəqib futbolçuya kömək etmək istəyirdim. Rəqib komandanın futbolçuları da elə bildilər ki, vaxt qazanmasın deyə onu qaldırmağa çalışıram. Hərçənd mən yerdə qalan oyunçunun dilinin qatlandığını zənn etdim. Belə vəziyyət məndə də olub".

Qeyd edək ki, "Qəbələ" və "Panatinaikos" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right