"Qəbələ"nin hücumçusu Aleksey Antonov "Panatinaikos"la görüşdən sonra Newsport.az-a danışıb. Ukraynalı öncə görüş barədə fikirlərini bildirib: "Çətin oyun oldu. Rəqib də çox yaxşı idi. Başqa heç nə deyə bilməyəcəm.
- Cavab matçında “Qəbələ”dən hansı nəticəni gözləmək olar?
- Hələ qarşıda çempionat oyunu var. Gəlin hələ ki, cavab matçı barədə düşünməyək. Çempionat oyununu oynayaq, sonra “Panatinaikos”la cavab matçına hazırlaşarıq.
- Niyə “Qəbələ” öz futbolunu oynaya bilmədi?
- Mən belə deməzdim. Yaxşı oynadıq və rəqibin qarşısını ala bildik. Hardasa ot örtüyü də sözünü dedi.
- Sənin oyunun niyə alınmadı?
- Bunu siz belə hesab edirsiz? Qoy, mənim oyunumu baş məşqçi qiymətləndirsin.
- Bu cür oyunla “Panatinaikos”u keçə bilərik?
- Bu oyunu unudub, çempionata hazırlaşmaq lazımdı. Sonra bu oyundakı səvhlərimizi analiz edərik.
- Özünü necə hiss edirsən?
- Normal. Düşünürəm keçəcək ağrı.
- Səfər öncəsi şanslarınızı necə dəyərləndirisən?
- Bilmirəm. Ekstrasens olsaydım, sizə deyərdim.