Qriqorçuk: "Yəqin ki, bizi "Mançester Yunayted"lə səhv salmamısız"

"Futbolçularım əlindən gələni etdi. Komandamdan razı qaldım".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la ilk matçdan (0:0)  sonra keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis komandasının kifayət qədər yaxşı oyun nümayiş etdiridiyini bildirib:

"Yəqin ki, bizi "Mançester Yunayted"lə səhv salmamısız. Fikrimcə, komandam yüksək səviyyəli oyun nümayiş etdirdi. Əvəzetmələri şərh etmək istəmriəm. Oyuna əsasən deyə bilərəm ki, orta xətdə müəyyən çatışmazlıqlar var idi. Əks-hücumların qurulmasında gecikirdik. Futbolçular sürətdə bir qədər geri qalırdı".

R.Qriqorçuk  Cavid Hüseynovun yoxluğunun hiss olunduğunu qeyd edib:

"Cavidin yoxluğu böyük itkidir. Ancaq qrup mərhələsinə düşmək istəyən komanda bir futbolçudan asılı olmamalıdır. Caviddən  başqa da yaxşı futbolçularımız var. Bu gün onlar özlərini yaxşı tərəfdən göstərdilər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right