"Qrupa düşsək, iki transfer də edə bilərik" – Fariz Nəcəfov

"Qəbələ" - "Panatinaikos" matçından sonra birincilərin vitse-prezidenti Fariz Nəcəfov Newsport.az-a müsahibə verib:

 

-  Matç barədə fikriniz necədi?
- Uşaqların hamısına təşəkkür edirəm. Nə gücləri var idi, meydanda qoydular. Mənə elə gəlir ki, qələbə də qazanmaq olardı.

 

- Komandanın yorulduğunu siz də hiss edirdiz?
- Hər iki komanda yorulmuşdu. Çünki əvvəldən axıra kimi sürətli oyun, açıq futbol getdi. Razıyam ki,sona 10-15 dəqiqə qalmış yorğunluq var idi.

 

- Bu hesabı “Qəbələ” üçün sərfəli saymaq olar?
- Əsas odu ki, qol buraxmadıq. Udsaydıq daha yaxşı olardı. İndi çalışmaq lazımdı ki, Afinada qol vuraq. “Panatinaikos” kimi rəqiblə başabaş oynamaq yaxşı nəticədi. 

 

- Cavab oyunöncəsi “Qəbələ”nin şanslarını necə dəyərləndirərdiz?
- Əgər səfərdə də belə oynasaq şanslar bərabərdi. Bu cür xarakter göstərə bilərik.

 

- Aleksey Antonovun bu cür oyunu görəndən sonra düşündüz ki, “Qəbələ”yə yeni hücumçu lazımdı?
- Hələ də inanıram ki, Antonov öz oyununu tapacaq. Onun əvvəlki oyunlarına baxmışam. Çox yaxşı oynayıb. Hücumçular da olur da belə hallar. Adaptasiya yaşayırlar. Sözsüz ki, razıyam hücumda problemlərimiz var.

 

- Razısız ki, əvvəlki oyunlara baxanda bu gün ajiotaj zəif idi?
- Təhlükəsizlik “Apollon”la oyuna nisbətən yüksək səviyyədə təşkil olunmuşdu. Meydana yad əşya və butulka belə atılmadı. Razıyam ki, əvvəlki çılğınlıq yox idi. 

 

- Komanda istəksiz oynayırdı. Bu kapitanın yoxluğu ilə əlaqədar idi?
- Yox, bu barədə sizilə razı deyiləm. Axırıncı 15 dəqiqə yorğunluq var idi. Üç gündən-bir oynamağa da öyrəşməmişik. Bu tempə öyrəşməyə razıyıq.

 

- Bir transfer olmalıydı. Bu qrupa düşəcəyiniz təqdirdə baş verəcək?
- Qrupa düşəndən sonra bəlkə də birini yox ikisini transfr etdik. Təki qrupa düşək. Transferlə olar inşallah. Çünki ehtiyat skamyada oyunu dəyişəcək futbolçumuz yoxdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right