"Qarabağ" "Yanq Boyz" : heyətlər

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da beynəlxalq arenada növbəti sınağına çıxır.

Xatırladaq ki, son Azərbaycan çempionu bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzdu (səfərdə 0:1, evdə 0:0) və hazırda Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qaldı.

Ağdamlıların pley-off mərhələsindəki rəqibi də ciddi komandadır. "Qarabağ" bu mərhələdə İsveçrə "Yanq Boyz"unu mübarizədən kənarlaşdırmalıdır. Qurban Qurbanovun komandası səfərdə baş tutacaq ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaq.

Avropa Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
20 avqust

23:00. "Yanq Boyz" - "Qarabağ”
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Eskov (Rusiya).
Bern. "Stad de Suisse".

"Yanq Boyz": 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv fon Bergen (k), 8. Yan Leçyaks, 23. Skott Satter, 6. Leonardo Bertone, 7. Miraləm Süleymani, 14. Milan Qayiç, 29. Rafael Nutsolo, 31. Yuya Kubo, 99. Giyom Oaro.
Ehtiyat oyunçular: 1. Marko Volfli, 3. 3. Florent Haderqyonay, 22. Qreqori Vyutrix, 28. Denis Zəkəriyyə, 30. Aleksandr Qonsales, 20. Haris Tabakoviç, 77. Samue Afum.
Baş məşqçi: Harald Qamperle.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Əlhərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 9. Reynaldo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 29. Raydell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right