Dodo “Panatinaikos”u AL-in favoritlərindən biri sayır

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ” "Panatinaikos”la qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, bugünkü ilk matçdan öncə əyalət klubunun aparıcı futbolçularından olan Luis Paulo İlario və ya sadəcə, Dodo ölkəsinin mətbuatına danışıb. 

"10” nömrə braziliyalı jurnalistlərə maraqlı açıqlamalar verib: "Panatinaikos”la oyunlar hamımız üçün həyati önəm daşıyır. Avropa Liqasının favoritlərindən biri olan "Panatinaikos"la matçlarda oyuna tam köklənməliyik. Yunanıstandakı cavab oyununa üstün durumda çıxmaq üçün ilk görüşdə yaxşı nəticə əldə etməliyik. Bu, asan olmayacaq. Amma biz sona qədər özümüzə inanacaq və döyüşəcəyik”.
 
Klubunun tarixində ən çox oyun keçirən futbolçu həmçinin ölkəmizdə futbolun inkişafından da danışıb: "Azərbaycan futbolu ildən-ilə inkişaf edir. Bu ölkə Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmağa layiqdi. "Azərbaycan camaatı futbolu sevir. Oyunlar zamanı azarkeşlər komandalarını stadiondan dəstəkləməyə çalışır. "Panatinaikos”la Bakıdakı ilk qarşılaşmada onların dəstəyi bizə əlavə üstünlük qazandıra bilər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right