Bu gün UEFA Avropa Liqasının "pley off” mərhələsinin ilk oyununda "Qarabağ” səfərdə İsveçrənin "Yanq Boys” klubunun qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, ötən gün hər iki komandanın baş məşqçisinin iştirakı ilə oyunun keçiriləcəyi "Stad de Suiss” arenasında mətbuat konfransı baş tutub: "Yanq Boys”un baş məşqçisi Harald Qamperle jurnalistlərin suallarını cavablandlırıb. Mütəxəssis qarşılaşma haqqında bunları danışıb:
""Qarabağ” çox güclü müdafiə xəttinə malik komandadır. Onların iki oyununu izləmişəm. Bunadan əlavə Azərbaycan Çempionatında həftəsonu baş tutan oyunlarına baxmışam. Yaxşı legionerləri var. Futbolçuları yüksək keyfiyyətə malik oyunçulardır.Bu isə bizim üçün təhlükəlidi. Onalrın qrup mərhələsinə düşməyi hədəfləyiblər. Amma bizdə yherində saymayacağıq. Rəqibdən üstün futbol oynamağa çalışacağıq.
Qeyd edək ki, qarşılaşma bu gün saat 23:00-da başlayacaq.